Sosial

BNA Nazirlər Kabinetinə təkliflər göndərdi

7 Noyabr 2017 12:49

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir.

“Binəqədi Gənclərinin III Liderlik Məclisi” keçirilib

7 Noyabr 2017 12:48

“İslam Həmrəyliyi İli “ çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilib.

Hava yağışlı və küləkli olacaq

7 Noyabr 2017 12:32

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, şimal küləyi arabir güclənəcək.

Ermənilərin həsəd apardığı general:  “Onlar heç vaxt bunu etməzlər”

7 Noyabr 2017 12:22

Xəbər verdiyimiz kimi, erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. Göründüyü kimi, bu fotoda general şəhid anasının əlini öpür. Erməni “facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Azərbaycanda bu qədər insanın pensiyası artırılıb

7 Noyabr 2017 11:57

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin  mənafelərinin daha dolğun ifadəsinə imkan verib.

"Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir"

7 Noyabr 2017 11:44

Azərbaycan dünyanın ən aborigen xalqıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri" adlı elmi seminarda çıxışı zamanı deyib.

Ramil Usubov yeni rəis təyin etdi

7 Noyabr 2017 11:43

Ucar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyinatı olub.  Daxili işlər naziri Ramil Usubov polis kapitanı Elnur Heydər oğlu Quliyevi sözügedən bölməyə rəis təyin edib. E.Quliyev bundan öncə Qaradağ Rayon Polis İdarəsinin DYP şöbəsində xidmət edib.  

Bizim kişilər qohum-qardaş yanında başqa bir adama çevrilirlər - Günel Natiq yazır...

7 Noyabr 2017 11:41

Təsəvvür edin ki, toyun ən yaddaqalan mərasimidir: tort kəsilir. Bəylə gəlin ilk şirinliyini dadacaq. Gəlin kiçik bir zarafat etmək istəyir, qaşığı bir-iki dəfə bəyə yaxınlaşdırır, amma geri çəkir. Allah bilir, hansı hislər keçirən bəy özünü təhqir olunmuş hesab edir, qaşığı gəlinin əlindən alır, özünü də itələyir! Tort kəsilmə mərasimində belə aqressiv bəylərin sayı artmaqdadır. Tamaşaçılar gülür, kinayə edir, qınayır. Hər cür reaksiya verən var.

“Baku  shoping festival”: planlar, gözləntilər, nəticələr

7 Noyabr 2017 11:39

Azərbaycan  iqtisadiyyatının  inkişaf  strategiyasında  turizm  prioritet istiqamət  olaraq  nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması   “iqtisadi inkişaf strategiyası”nda istinad edilən  11 sektordan ( 8 əsas,  3 yardımçı olmaqla) biridir.  2016-cı ildə təsdiq edilmiş  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə   turizm üzrə “2020-ci ilədək  tədbirlər planı”, “2025- ci ilədək  uzunmüddətli baxış”  və  “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin  innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun.  Görünür ki, indi Azərbaycanda  turizmə mövsümi hadisə kimi deyil,  iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.

“Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunmayıb

7 Noyabr 2017 11:23

Mətbuatda yayılan məlumata görə, “Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub və fəaliyyət göstərmək hüququ əlindən alınıb. RMX-nin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır.