Vüsalə Əlizadə zibil torbasından libas geyindi - FOTOSESSİYA

 

Aparıcı Vüsalə Əlizadə yeni fotosessiyaya çəkilib.

Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, Vüsalənin fotoşəkillərdəki geyimi və makyajı diqqət çəkib. Belə ki, o, zibil torbasından hazırlanmış libas geyinib.

Aparıcının geyimini modelyer Şəlalə Maqsudova hazırlayıb. "Zülmət mələyi" adlı fotolayihənin stilist və vizajisti Nura Babayeva, fotoqrafı isə Araz Bağırovdur.

A.S.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00