Azərbaycanda kərə yağı kəskin ucuzlaşacaq - QƏRAR VERİLDİ
7 Noyabr 2017 09:33 SosialAzərbaycan nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.
Day.Az Trend-ə istinadən bildirir ki, bu qərar rəsmi mətbuatda dərc olunub.
Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00