Siyasət

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalının həyat yoldaşı Qobustanda

21 Noyabr 2018 17:06

Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin həyat yoldaşı Demet Gülər noyabrın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Olaylar.az bildirir ki, qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet hesab olunur

21 Noyabr 2018 16:43

Gələn ilin dövlət büdcəsinin sosialyönümlüyü saxlanılıb Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial fərqliliyin aradan qaldırılmasına yönəldilib. Azərbaycanda da bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalinin rifah halının yüksəldilməsinin nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşıb. Son illər ərzində ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir.

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

21 Noyabr 2018 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

“YAP-ın yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir"

21 Noyabr 2018 15:39

“Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir. Bütövlükdə xalqımızın tarixi taleyində olduqca böyük rolu olan hadisədir. Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında əldə etsə də çox təəssüf ki, müstəqilliyin ilk illəri çox ağır keçdi və biz istədiyimiz müstəqil dövləti qura bilmədik”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

21 Noyabr 2018 15:28

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam".

“Belarusun Azərbaycana münasibəti, Türkiyənin Azərbaycana olan münasibəti kimidir”

21 Noyabr 2018 14:56

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa etdiyi rəsmi səfər hər iki ölkədə böyük maraqla, diqqətlə izlənilib və həm Azərbaycan, həm də Belarus mediası dövlət başçısının Minskə səfəri, eləcə də bu ölkədə keçirdiyi mühüm görüşlər, imzalanan ikitərəfli sənədlər barədə müxtəlif səpkili materiallar dərc ediblər. Birmənalı olaraq ortaya qoyulan mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin Belarusa səfəri uğurla başa çatıb və bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açıb. Xüsusilə, dövlət başçıları səviyyəsində imzalanan bəyanat Bakı üçün əhəmiyyətli hesab edilir.

“Müxalifətin niyyəti ictimai diqqəti özünə cəlb etmək idi”

21 Noyabr 2018 14:35

“Yayılan informasiyalardan belə bəlli olur ki, 17 noyabr - Milli Dirçəliş Günü ərəfəsində özünü müxalifət elan etmiş partiyaların rəhbərlərinin geniş toplantısı keçirilib. Müsavat partiyasından İsa Qəmbərin, Arif Hacılının, Vətəndaş Həmrəyliyi partiyasından Sabir Rüstəmxanlı və digərlərinin də qatıldığı tədbirə kimsə müdaxilə etməyib, xətirlərinə dəyən olmayıb. Bu misalı ona görə çəkdim ki, qanunlar çərçivəsində keçirilən tədbirlərə kimsə müdaxilə etmir, qanunlar çərçivəsində münasibət göstərilir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.