PARLAMENTDƏN TƏLƏB- Rusiya Zatulinin hərəkətlərinə hüquqi-siyasi qiymət versin

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında spiker Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı deputatları təbrik edib. Oqtay Əsədov deyib ki, bu gün Azərbaycan Parlamentinin yaranması günüdür: “1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası keçirilib. Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı sizləri təbrik edirəm”.

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında spiker Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı deputatları təbrik edib. Oqtay Əsədov deyib ki, bu gün Azərbaycan Parlamentinin yaranması günüdür: "1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası keçirilib. Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı sizləri təbrik edirəm". Sonra cari məslələr üçün ayrılan vaxt ərzində millər vəkilləri "Lazerev klubu"nun Ermənistamda keçirilən iclasında Azərbaycana qarşı səslənən fikirlərə münasibət bildiriblər. Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki,  Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir: "Son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertləri Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Zatulunun bu addımı isə Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir". Ə.Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya münsaibətlərinə xələl gətirmək mümkün deyil.  "Lazerev klubu"nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: "Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirib və bu addıma qarşı öz narazılığını ifadə edib. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravı deputat olsa idi bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlamentlərarası münasibətlər yüksələn xəttlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz".

Millət vəkili Fərəc Quliyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fərqli mövqeyi olmalıdır: "İki gün öncə Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bəyanat yaydılar. Ermənistan ATƏT-in Minsk qrupundan elə bir bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvandakı "Lazerev klubu"nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Kazmirov çıxış etdi. Onlar istitutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər". Deputat bildirib ki, bizim indiyədək əməl etdiyimiz atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır: "Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirlər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm ki, bizim sərhəd xəttimiz təmas xəttidir?". F.Quliyev deyib ki, Azərbaycan sərhəddini keçən düşmən tərəfin vasitələri vurulmalıdır: "Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq".

Millət vəkili Siyavuş Novruzov diqqətə çatdırıb ki, Ermənistanda hər zaman iqtisadi-siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi ortaya çıxır: "Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı- Tbilisi -Qars müqaviləsinin vaxtı uzadıldı və ölkələr də buna imza atdı". Deputat bildirib ki, dövlət başçıları, xalqlar, millətlər arasında münasibətlər aydındır. "Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda ("Lazerev klubu"nun iclasını nəzərdə tutur-red) erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda kimlər tədbirlər edir? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?".Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: "Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə o cür başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeyi dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər".

Millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, bu gün Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələr var: "Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, ölkə prezidentlərin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya Azərbaycan münasibətlərinə xələl gətirməyə, təsir göstərməyə çalışırlar". B.Əliyev bildirib ki, "Lazarev klubu"nda bir dəstə ermənini Moskvadan İrəvana gətirərək, ora Robert Koçaryanı və tanınmayan bir separatçı rejiminin rəhbəri olan Bako Saakyanı dəvət edərək hər hansı bir görüntü yaratmağa cəhd edən K.Zatulin qeyd edir ki, ilk dəfə 1994-cü ildə Dağlıq Qarabağa Robert Koçaryanla bir vertolyotda gəlib: "Təsəvvür edin ki, bu adam ağır cinayətlərdə iştirak etmiş şəxslə Dağlıq Qarabağa gəlir və bu gün bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq olmaz, Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmalıdır və bununla da o, Düşənbədə əldə olunmuş və Rusiya prezidentinin təşəbbüsü ilə aparılan işlərə kölgə salmağa cəhd edir". B.Əliyev qeyd edib ki, K.Zatulin bu ilin yazında İrəvanda Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır: "Bu gün Ermənistanda 3-4 min rus millətindən olan insan qalıb, halbuki vaxtilə Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib, qalanlar isə iş adamlarıdır. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi bulanıq sudan nəsə əldə etmək istəyənlər hər zamankı kimi yenə də öz məqsədlərini güdürlər".Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir: "Biz tələb etməliyik ki, Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilsin".

"Lazerev klubu"nun siyasi-biznes layihəsi olduğunu diqqətə çatdıran deputat Zahid Oruc qeyd edib ki, sözgedən klubun fəaliyyəti əslində Rusiyanın öz imicinə zərbə vurur: "Bunlar Müstəqil Dövlətlər Birliyini dağıtmaq istəyirlər. Belə mövqe Ermənistanın özündə də etiraz doğurur. Artıq Yerevanda Zatulunə qarşı müqavimət var". Millət vəkili İsa Həbibəyli bildirib ki, Azərbaycan-Rusiya münasibətləri möhkəm təməl üzərində qurulib və dain inkişaf etməkdədir. Qars müqaviləsinə gəldikdə isə bu sənəd beynəlxalq xarakter daşıyır və orada 5 dövlətin imzası var. Odur ki, Ermənistanda səsləndiriləb fikirlər bu müqavilənin şərtlərinə uyğun deyil: "Naxçıvan Azərbaycanın əzəli torpağıdır. Burada ermənilərin izi-tozu da yoxdur. Ermənilərin bu bardə fikirləri təcavüz xarakteri daşıyır". Deputat Araz Əlizadə qeyd edib ki, Zatulin qatı şovinistdir və bütün dünyaya qarşı çıxışlar edir. Oğru Lazerevin adını daşıyan klubda isə satqınlar təmsil olunur: "Biz aliqorxlardan heç nə gözləməməliyik. Onlar yalnız özlərini düşünürlər. Çalışmalıyıq ki, cavan siyasətçiləri Rusiya telekanallarına çıxarıb həqiqətin dünyaya çatdırılmasına nail olaq". Deputat Fazil Mustafa deyib ki, Yerevanda Qars müqaviləsi ilə bağlı səsləndirilən fikirlərə Türkiyə də öz mövqeyini bildirməlidir. Çünki, bu müqavilədə Naxçıvanla bağlı Türkiyənin də  öhdəliyi var.

MM sədri Oqtay Əsədov bildirib ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib. Spiker qeyd edib ki, Zatulin MDB-nin adına institut yaratmışdı ki həmin institut erməni diasporu tərəfindən maliyyələşir: "Lazerev klubu"nun üzvü olan Vladimir Yevseyev adındanbiri var. Mən həmin siyahıya baxanda burada ruslardan başqa bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazerevin özü də ermənidir. Məsələ bizə aydındır.Belə cılız münasibətlərlə Rusiya Azərbaycan münasibətlərini pozmaq mümkün deyil". Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçislav Volodinə müraciət etdiyini bildirib: "Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək". Oqtay Əsədov qeyd edib ki, "Naxçıvanla bağlı məsələyə fikir verməyin. Naxçıvandan İrəvana 70 kilometr məsafə olduğu üçün Ermənistan hər zaman bundan narahatdır". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31