Diqqətdən kənar baş nazir

Politoloq: "Azərbaycan-Rusiya əlaqələri Ermənistanı narahat edir"

"MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasındakı səmimiyyət iki ölkənin bir-birinə olan münasibətinin yüksələn xətlə inkişaf edən əlaqələrdən irəli gəldiyini ifadə edə bilərik."Bu fikirləri Olaylar.az-a politoloq Ehtiram Aşırlı deyib.

O bildirib ki, Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın bu səmimiyyəti qısqanclıq və paxıllıq ilə qarşıladığı göz önündə idi: "İclasdan sonra dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik" baletinə baxıblar və balet qurtardıqdan sonra insanların, medianın bütün diqqətləri prezident İlham Əliyevlə ilə Vladimir Putin arasındakı səmimiyyətə yönəlib. Bunu görən Paşinyan isə paxıllıq və qısqanclıqla qarşılayaraq  tez bir zamanda oranı tərk edib. Əvvəla onu qeyd edim ki, bu görüş zamanı çəkilmiş bütün şəkillərə diqqətlə baxsanız görərsiniz ki, cənab Prezident İlham Əliyev Vladimir Putuninin yanında yer alır, lakin Paşinyan isə tam əksinə Putindən və həmkarlarında çox uzaqda boynu bükük şəkildə əyləşmişdi."

Politoloq qeyd edib ki, bütün bunlar bizə ölkələr arasındakı münasibətlərin və prezident İlham Əliyevə göstərilən diqqətin  yüksək səviyyədə olduğunu deməyə əsas verir.  Heç şübəhsiz ki, Azərbaycan Rusiya əlaqələrinin belə bir yüksək səviyyədə olması Ermənistanı xüsusilə də Paşinyanı narahat etməyə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31