"Azərbaycan və Rusiya sosial, siyasi, iqtisadi və mədəni sahələrdə tərəfdaş ölkələrdir"

"Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin genişlənməsi, şaxələnməsi ölkəmiz üçün son dərəcə vacib məsələdir".

Bu barədə politoloq Tofiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərini şərh edərkən bildirib. 

Ekpert qeyd edib ki, hazırda Azərbaycanla Rusiya arasında hər hansısa bir anlaşılmazlıq, narazılıq yoxdur:

"Düzdür, bu fonda bəzi siyasətbazların, siyasi alverdən sui istifadə edən tərəflərin, qondarama kulubların, təşkilatların eləcə də Rusiya tərəfindən rəsmi adamların fəallığı çox diqqət çəkir. Çünki onları "qidalandırırlar". 

Onlar Konstantin Zatulin kimi bir neçə Rusiya siyasi nümayəndələridir. Hər zaman bu insanlar Rusiya- Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyib, lakin bu, mümkün olmayıb, olmayacaq da. Çünki ilk olaraq iki ölkə arasında davamlı, oturuşmuş münasibətlər var. Azərbaycan və Rusiya sosial, siyasi, iqtisadi və mədəni sahələrdə tərəfdaş ölkələrdir. Azərbaycan və Rusiyanın qarşılıqlı maraqları var. 

Bundan hər iki tərəf böyük həcmdə mənfəət əldə edir. Ona görə də, iki ölkə arasındakı münasibətləri pozmaq istəyən insanların cəhdləri boşa çıxır. Hazırda həm Azərbaycan prezidenti, həm də Rusiya lideri iki dost ölkə arasındakı əlaqələri inkişaf etdirməyə, tərəfdaşlığı, müttəfiqliyi daha yüksək səviyyəyə çatdırmağa çalışır".

Politoloq hesab edir ki, Prezident İlham Əliyev və Vladimir Putin arasındakı siyasi dialoq zaman keçdikcə daha çox inkişaf edir:

"İki dövlət başçısı arasında qarşılıqlı etmid varsa, deməli, bu iki ölkə arasında əlaqələr möhkəmlənməlidir. Bəzi ermənipərəst qrupların Azərbaycan və Rusiya arasında gərginlik yaratmağa çalışması, ortalığı bulandırmaq istəkləri heç vaxt baş tutmayacaq. Bu iki ölkənin liderlərinin arasındakı etimad, diqqət buna heç vaxt yol verməyəcək".

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31