Seçki Məcəlləsinə dəyişiklik qəbul edildi

Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılır. "Olaylar"ın xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir və məsələ parlamentin bugünkü iclasının ikinci oxunuşunun müzakirəsinə təqdim edilib. Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə (MM) daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, yeddi il əvvəl prezident seçildiyi ayda bitir. Ziddiyyətin aradan qaldırılması məqsədilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31