““Lazerev klubu”nu erməni lobbisi maliyyələşdirir”
7 Dekabr 2018 18:36 Siyasət"Ermənistanda keçirilən "Lazarev klubu"nun iclasında Rusiya nümayəndələri Dağlıq Qarabağla bağlı ermənipərəst mövqe ortaya qoyması və erməni lobbisinin sifarişinə uyğun olan fikirlər səsləndirməsi Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmağa xidmət edən təxribatçı addımdır".
Bunu politoloq Ramiz Aliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri hal hazırda elə bir vəziyyətdədir ki, hansısa tədbirdə sifarişlə səsləndirilən və deyilən fikirlər iki ölkə arasında olan münasibətlərə təsir etmək iqtidarında deyil: "Sadəcə olaraq bu cür fikirləri səsləndirməklə hər iki ölkənin ictimaiyyətinə təsir etmək və münasibətlərə xələl vurmağı çalışmaqdır. Düşünürəm ki, hər iki ölkənin ziyalıları bu cür təxribatçı fikirlərə öz mövqeyini bildirməlidir, hər iki dövlətin aidiyyatı qurumları da öz fikirlərini bildirməli və bu cür təxribatçı fikirlərin iki ölkə arasında münasibətlərə heç bir təsir etməyəcəyini bildirməlidir. Əslində "Lazerev klubu" təxribatla məşğuldur. Onları erməni lobbisi təlimatlandırır və maliyyələşdirir".
SİA