Şeyx Gürcüstan səfirini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib. Olaylar” xəbər verir ki, ölkəmizə yeni təyin olunmuş səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona fəaliyyətində uğurlar dilədi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib. Olaylar" xəbər verir ki, ölkəmizə yeni təyin olunmuş səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona fəaliyyətində uğurlar dilədi. QMİ sədri Azərbaycan və Gürcüstan arasında qədim tarixə malik dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük dəyər kəsb etdiyini bildirdi. Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabaşvilinin ünvanına təbrik məktubu yolladığını qeyd edən QMİ sədri yeni seçimin gürcü xalqı üçün xeyirlərə vəsilə olmasını dilədi.Şeyxülislam A. Paşazadə xalqlarımız arasında dini-mənəvi əlaqələrin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətlərin nümunəvi səviyyədə mövcudluğunda Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin səmərəli əməkdaşlığının rolunu qeyd etdi. Qafqazın ağsaqqal dini liderlərindən olan Ümumgürcüstan Katalikos-Patriarxı II İliya həzrətlərinin müdrik mövqeyi və tövsiyələrinə böyük dəyər verdiyini bildirən Şeyxülislam A. Paşazadə ona uzun ömur, can sağlığı arzuladı. 40 illik fəaliyyətində hər zaman II İliya həzrətlərindən Azərbaycan xalqına və dövlətinə, Şeyxülislam olaraq şəxsinə dərin ehtiram gördüyünü xüsusi vurğulayan A. Paşazadə Qafqaz bölgəsində sülh və əmin-amanlıq, dostluq və qarşılıqlı hörmət mühitinin hökm sürməsi naminə, ölkələrimiz arasında mənəvi körpülərin daha da möhkəmlənməsi yolunda bundan sonra da Patriarxla birgə səylərini əsirgəməyəcəklərini bildirdi.Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31