Siyasət

Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır

21 Noyabr 2018 21:20

“Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalandı”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki. bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.

Prezident İlham Əliyev Çingiz Fərzəliyevi “Şöhrət” ordeni ilə təltif edib

21 Noyabr 2018 18:27

Prezident İlham Əliyev Çingiz Fərzəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilib

21 Noyabr 2018 18:26

Məlum olduğu kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2018-ci il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində silsilə təlimlər keçirilməkdədir. Bu təlimlərin davamı olaraq 19.11.2018-ci il və 21.11.2018-ci il tarixlərdə vəkillər üçün “Bank qanunvericiliyinin tətbiqi” mövzusunda seminar keçirilmişdir. “Park Inn” mehmanxanasında baş tutan seminarlarda 40 vəkil iştirak etmişdir.