Siyasət

Parlament nümayəndə heyətinin İzmirə səfəri başa çatıb

22 Noyabr 2018 14:14

Xəbər verildiyi kimi, noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. MM-dən “Olaylar”a bilrilib ki, tədbirdə türk dünyasının birliyi və əməkdaşlığının faydalarından danışan TBMM-in sədri Binəli Yıldırım qeyd edib ki, uzun illər bir-birindən aralı düşən türkdilli xalqların həyatında baş verən fərqlilik xalqlarımızın zənginliyinə çevrilib. TÜRKPA-nın iclasında digər dəyərli qonaqlarla bərabər, Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı Assambleyanın gələcəkdə daha uğurlu fəaliyyətinə olan inamı artırır.

Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılıb

22 Noyabr 2018 14:01

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edib.

Ailə institutları artıq əvvəlki ənənələrə söykənmir

22 Noyabr 2018 13:37

Fəzail Ağamalı: “Azərbaycanda əhali artımında ciddi problem mövcuddur”

Qənirə Paşayevadan çağırış: "Seyirçi qalmayın, səsinizi ucaldın”

22 Noyabr 2018 13:28

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (İB) rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə görüşüb.“Olaylar” xəbər verir ki, Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

"Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilir"

22 Noyabr 2018 13:22

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ədliyyə işçilərini və hakimləri təbrik edib. Təbrikdə deyilir: "Hörmətli ədliyyə işçiləri və hakimlər! Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

"Türkmənistanla əlaqələrin inkişafı bizim üçün vacibdir"

22 Noyabr 2018 12:49

“Azərbaycan ilə Türkmənistan qonşu dövlətlərdir. Uzun illər iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq olsa da, artıq ölkələr arasında əlaqələr yüksək məcrada inkişaf etməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputatların təklifləri nəzərə alınacaqmı?

22 Noyabr 2018 12:31

Jalə Əliyeva: “İnsanlar bu məsələlərin həllini gözləyir”