Ermənistan tarixində ən biabırçı seçki

"News.am"ın  verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ermənistan Respublika partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan bildirib.

Onun sözlərinə görə, təəssüf ki, seçkiqabağı təbliğat kampaniyası belə az davam edib: "Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir. Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb".

Jurnalistlərin keçmiş seçkilərdə daha ciddi pozuntuların olması ilə bağlı iralarına D.Şahnazryan bildirib: "Amma o zaman hakimiyyət demirdi ki, bu, qalaktikada ən ədalətli seçkilərdir".

O vurğulayıb ki, bu gün ölkə üçün çox mühüm gündür: "Mən Ermənistan vətəndaşlarının düzgün seçim etdiyindən şübhə etmirəm. Mən bir seçki bülletenini - çətin ki, hansı bülletenin olduğunu anlayasınız - zərfə, ikisini isə cibimə qoydum. Çünki onları digər 8-i ilə birlikdə zibil vedrəsinə atmaq istəmirdim".

D.Şahnazaryan saxladığı bülletenləri saat 20:00-dan sonra Ermənistanın Respublika partiyasının qərargahında göstərəcəyinə dair söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31