"Azərbaycana qarşı işğal siyasəti..." - Aydın Mirzəzadə

Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır.

Bu sözləri Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığının aşağı olmasına münasibət bildrən millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, səbəb çox sadədir:

"Siyahıdakı 2,6 milyona yaxın insanın böyük əksəriyyəri ölkədə yoxdur. Əvvəlki hakimiyyətlərin "Böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış dalınca bütün dünya boyunca səpələnməsinə səbəb olub. Real yaşayan əhali obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar".

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin tamamlanmasına 3 saat qalmış seçici fəallığı 39,54 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31