Baqdasaryan seçki saxtakarlığından danışdı - Toplu bülleten atılır

Ermənistan Respublikaçılar partiyasının namizədi Vaqram Baqdasaryanın mətbuat ofisi Vanadzorun seçki məntəqələrindəki qanun pozuntularının olması ilə bağlı açıqlama verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, açıqlamada Vanadzordakı seçki məntəqələrində bəzi şəxslərin kabinələrə yaxınlaşaraq qutulara toplu bülleten atması qeyd olunub.

Qeyd edək ki, Ermənistanda seçisi fəallığının aşağı olduğu diqqəti çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31