Makron "sarı jiletlilər"dən üzr istəyir - Geri addım
9 Dekabr 2018 17:24 SiyasətFransa hökumətinin sözçüsü "sarı jiletlilər"in etiraz aksiyalarına son vermək məqsədilə prezident Emmanuel Makronun gələn həftə üzr istəyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hökumət sözçüsü ölkə başçısının yanacağın qiymətinə daha çox endirim edəcəyini söyləyib.
Emmanuel Makronun televiziya vasitəsilə üzr istəyəcəyi bildirilir.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Qiymət artımına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31