Paşinyandan seçici passivliyinə gülməli izah: "Bir fincan qəhvə içdikdən sonra..."
9 Dekabr 2018 15:06 SiyasətNikol Paşinyan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində seçicilərin passiv olması ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, öncə Paşinyan əvvəlki seçkilərə nisbətən bu seçkinin passiv keçdiyini etiraf edib.
"Seçki aktivliyi əvvəlki seçkilərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Bunun bir izahat var: əvvəl marşurt xətləri seçki məntəqələrinə istiqamətləndirilirdi. Lakin indi belə bir şey yoxdur"-, Paşinyan deyib.
O, vətəndaşların nəhayət, yuxudan durduğunu və bir fincan qəhvə içdikdən sonra öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün sandıqlara gedəcəyinə ümid etdiyini dilə gətirib. Paşinyan əmindir ki, hər bir vətəndaş Ermənistanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi prosesinə töhfə verməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31