Siyasət

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi

28 Noyabr 2018 17:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçdi. Bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.

“Mühacir ünsürlər xalqa və dövlətə şər əməlləri ilə xəyanət ediblər”

28 Noyabr 2018 16:56

“Avropada yaşayıb Azərbaycanda sosial şəbəkələrdə xalqı çaşdırmağa çalışan və özlərini “xalq təəssübkeşləri" elan edən bu şəxslərin ancaq bir marağı var, o da maliyyə vəsaiti əldə etmək”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

“Avropadakı "mühacirlər"in davası pul davasıdır”

28 Noyabr 2018 16:54

"Mən adlarını siyasi mühacir qoymuş şantajçı ünsürlərin əməllərini izləyirəm. Gəldiyim qənaət ondan ibarətdir ki, Avropadakı mühacirlər arasında qarşıdurma hökm sürür". Bunu Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Gürcüstandakı seçkilər azərbaycanlı seçicilərə nə vəd edir? ŞƏRH

28 Noyabr 2018 16:47

“Gürcüstan bizim üçün önəmli ölkədir. Gürcüstan təkcə qonşumuz deyil, həm də azərbaycanlıların, böyük Azərbaycan diasporunın yaşadığı dövlətdir. Onların taleyi bizim üçün önəmli olduğu bu ölkədə keçirilən prezidenti seçkilərində kimin qalib gələcəyi ölkəmiz üçün əsas məsələlərdən biridir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

TÜRKPA Katibliyinin diplomatik heyәti Cocuq Mәrcanlıda

28 Noyabr 2018 16:36

Baş katib Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız, TÜRKPA Komissiyalarının katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət TÜRKPA Katibliyinin diplomatik heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər edib.

Avropadakı “demokratların” qrant savaşı

28 Noyabr 2018 16:30

Və ya dava yorğan davasıymış Uzun illərdir əbəs yerə deyilmir ki, demokratiya, insan hüquq və azadlıqları deyə bar=bar bağıran radikal siyasi düşərgə və onların Avropadakı əlaltılarını əslində qeyd edilən prinsiplər deyil, məhz qrant, xaricdəki antiAzərbaycan qüvvələrdən alınan maliyyə dəstəyi düşündürür. Yaxın tariximizdə bir neçə dəfə bunun əyani şahidinə çevrilmişik. Uzun illər eyni cəbhədə hakimiyyətə qarşı qərəzli mübarizə aparan, ölkənin inkişafını gözü götürməyən, bu inkişafa mane olmağa çalışan radikal siyasi partiyalar məhz xaricdən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ayrılan qrantları ata malı kimi bölə bilmədiklərindən bir-birindən incik düşüb, bir-birinə qarşı sosial şəbəkələr üzərindən çirkin kampaniya həyata keçiriblər.

Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

28 Noyabr 2018 16:24

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 28-dən Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar. MM-dən “Olaylar”a verilən məlumata görə, Assambleya Şurasının iclasında MDB PA-ya üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq, iqtisadiyyat üzrə məşvərət şurası, “Birliyin uşaqları” mədəni-maarif forumunun əsasnaməsi haqqında məruzələr dinləniləcək, MDB PA-nın 2019-cu il üçün fəaliyyət planı, qurumun daimi komissiyalarının sədrlərinin təsdiqi, maliyyə və digər məsələlərə baxılacaq.

"Saakyan İnterpol vasitəsilə axtarışa verilməlidir"

28 Noyabr 2018 16:23

“Özünü separatçı rejimin rəhbəri kimi qələmə verən Bako Saakyanın son dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrə səfər etməsinin məqsədi özünü müstəqil oyunçu kimi qələmə vermək istəyidir. O bu cür səfərlər etməklə guya sözügedən ölkələrdə nüfuza, “müstəqil dövlətin rəhbəri” kimi həmsədr ölkələrin siyasi dairələri tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.