Siyasət

Prezident: “İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək”

28 Noyabr 2018 15:28

Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Azərbaycan və Rusiyanın sərhəd xidmətləri arasında əlaqələr uğurla davam etdirilir

28 Noyabr 2018 14:59

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir. “Olaylar”ın Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-mayor A.Xəlilovun dəvəti ilə cari ilin 27 noyabr tarixində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Nəzarəti Depar-tamentinin rəisi general-polkovnik İqor Şmotkinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib

28 Noyabr 2018 14:57

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.

“Saakyanın səfərlərinə dəstək vermək kimsəyə başucalığı gətirməz"

28 Noyabr 2018 14:45

“Bako Saakyanın səfərlərinə dəstək vermək, qondarma, işğalçı, vandal rejimin rəhbərini viza ilə təmin etmək heç bir halda məntiqə sığmır və kimsəyə başucalığı da gətirməz. Üstəlik, proses, məram anlaşılan da deyil və ortalıqda çox qəribə durum yaranıb. Paşinyanı vururlar, amma Saakyanın səsini, hərəki diapazonunu qaldırmağa çalışırlar”. Bunu millət vəkili Elşən Musayev deyib.

Kerç böhranı və yeni dəniz müharibəsi təhlükəsi

28 Noyabr 2018 13:39

Rusiya ilə Ukrayna arasında münasibətlər yenidən gərgin məcraya qədəm qoyub. Krımın Rusiya tərəfindən işğalından sonra Moskva ilə Kiyev arasında gərginləşən münasibətlər son bir neçə ayda bir qədər səngiməyə doğru getdiyi halda, Rusiyanın nümayiş etdirdiyi aqressiya yenidən iki ölkəni qarşı-qarşıya qoyub.

Azərbaycanın Rusiyanın federal subyektləri ilə sıx əlaqələr qurması vacib məsələlərdəndir

28 Noyabr 2018 13:34

Bu Qafqaz regionunda Ermənistanın təklənməsi, onun "Qafqaz evi"n dən kənarda saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir

QHT layihələrinin icra vəziyyəti onlayn müşahidə ediləcək

28 Noyabr 2018 13:30

Azay Quliyev: “Elektron xidmətlərin böyük ictimai əhəmiyyəti var”