Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
13 Dekabr 2018 18:45 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattanı təbrik edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31