"Ermənistanın qanunsuz əmməllərinə qarşı gözyumma prosesi bu gün də davam edir"
13 Dekabr 2018 18:48 Siyasət"Hamı gördü ki, Ermənistanda seçkilərin nəticələri saxtalaşdırılıb. Amma beynəlxalq ictimaiyyətin gözü kor olduğu üçün Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılmasını görə bilmir".
Bu fikirləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov bildirib.
B.Səfərov beynəlxalq təşkilatları ikilistandartlı mövqe sərgiləməkdə qınayıb:
"Azərbaycana qarşı bu cür ikilistandrtlar yeni deyil. Beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycana qarşı qərəzli və böhtan xarakterli mövqelər sərgiləyiblər. Ancaq Ermənistanda baş verən qanunsuzluqları görmək istəmirlər. Görünür, onlar ermənini çox istəyirlər. Heç zaman unutmamalıyıq ki, biz müsəlman, ermənilər isə xristian olduğu üçün bu cür ayrı-seçkilik edilir. Həmin beynəlxalq qurumlar da ermənisevənlərdir, ermənilərin vasitəsilə Azərbaycan ərazilərini işğal etdiriblər. İndiyədək bir dəfə belə açıq şəkildə demirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Heç kəsə sirr deyil ki, Ermənistanın qanunsuz əmməllərinə qarşı gözyumma prosesi bu gün də davam edir. Bir neçə il əvvəl Ermənistan parlamentində deputatlar gülləbaran edildi, nə qədər adam öldürüldü, seçkilər saxtalaşdırıldı və sairə. Məgər bunların hansı birinə beynəlxalq təşkilatlar göz yummadılar? Hamısına göz yumduqları kimi, bu seçkilərin saxtalaşdırılmasına da görməməzlikdən gəlirlər".
Ölkə.Az