Ermənistanda terror dövlət səviyyəsində dəstəklənir
Siyasi qruplaşmalar Paşinyanı sərbəst buraxmayacaqlar Ermənistanda keçirilən növbədənkənar seçkiləri ciddi qanun pozuntuları və kütləvi saxtakarlıqla yadda qaldı. Eks prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejiminin tarixin arxivinə yollanması ilə yanaşı, Paşinyanın da seçkini saxtalaşdıraraq qeyri-legitim hakimiyyət formalaşdırması seçkinin başlıca nəticələri olaraq tarixə çevrildi. Hazırda Ermənistanda vətəndaşlar nə iqtidara, nə də müxalifətə etimad göstərmirlər. Bu reallıq növbədənkənar parlament seçkiləri zamanı öz təsdiqini bir daha tapdı. Lakin bütün bunlara baxmayaraq Paşinyan öz hakimiyyətini möhkəmləndirməkdən ötrü ən müxtəlif variantlara əl atır. Hətta rəqiblərinə qarşı sui-qəsd, terror çağırışlarından belə çəkinmir.
14 Dekabr 2018 13:43 SiyasətSiyasi qruplaşmalar Paşinyanı sərbəst buraxmayacaqlar
Ermənistanda keçirilən növbədənkənar seçkiləri ciddi qanun pozuntuları və kütləvi saxtakarlıqla yadda qaldı. Eks prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejiminin tarixin arxivinə yollanması ilə yanaşı, Paşinyanın da seçkini saxtalaşdıraraq qeyri-legitim hakimiyyət formalaşdırması seçkinin başlıca nəticələri olaraq tarixə çevrildi. Hazırda Ermənistanda vətəndaşlar nə iqtidara, nə də müxalifətə etimad göstərmirlər. Bu reallıq növbədənkənar parlament seçkiləri zamanı öz təsdiqini bir daha tapdı. Lakin bütün bunlara baxmayaraq Paşinyan öz hakimiyyətini möhkəmləndirməkdən ötrü ən müxtəlif variantlara əl atır. Hətta rəqiblərinə qarşı sui-qəsd, terror çağırışlarından belə çəkinmir.
Deputat Rauf Əliyev qeyd edib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ciddi pozuntularla müşayiət olunub. R.Əliyev bildirib ki, Serj Sarkisyan da hakimiyyətə seçkilərdə kütləvi saxtakarlıq etməklə gəlmişdi. Hələ o zaman seçkiləri müşahidə edən müxtəlif institutlar, o cümlədən ayrı-ayrı beynəlxalq təşkilatlar seçkilərin saxtalaşdırıldığını, Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etməmişdilər: "Əlbəttə, bu, həmin qurumların ikili standartlarla çıxış etməsinin göstəricisi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının nəticəsi idi. Bu dəfə isə seçici fəallığının həmişə olduğundan daha aşağı olması erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha göstərdi. Seçkilərin nəticəsində Ermənistanda qeyri-legitim hakimiyyət formalaşır".
Deputat Elman Məmmədov da bildirib ki, Ermənistanda 30 ilə yaxındır ki, hərbi xunta, diktatura hökm sürür: "Rəhbərlikdə kimin olmasından asılı olmayaraq, düşmən ölkədə rejim həmişə terroru dəstəkləyib. Ermənistan beynəlxalq təşkilatların hesabatında hər zaman terroru dəstəkləyən ölkə kimi təqdim olunub. Çünki düşmən ölkə həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında PKK və ASALA başda olmaqla, digər terror təşkilatlarına sığınacaq verib, onların təlim keçməsinə şərait yaradıb. Terror qruplaşmalarının əsas bazaları məhz Ermənistanda yerləşdirilib. İrəvanın terrorçu yetişdirdiyi dünya ictimaiyyətinə də bəllidir. Ölkədə ciddi terror təhlükəsi var. Ona görə də ABŞ öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyyə edir. Bu, hələ başlanğıcdır". E.Məmmədovun sözlərinə görə, erməni dövləti hüquqla, qayda-qanunla deyil, zorla, kriminal aləmin qanunları ilə idarə olunub: "Şübhəsiz ki, bundan sonra da vəziyyət dəyişməyəcək.Gedişat bunu göstərir. Ermənilər statistikalarında göstərirlər ki, hər ildə Ermənistanı 30-40 min vətəndaş tərk edir. Təsəvvür edin, son 10 ildə ölkədən nə qədər adam gedib. Hazırda Ermənistanda heç 2 milyon əhali yaşamır. Ancaq Paşinyana xidmət edən MSK seçicilərin sayını 2.5 milyon nəfər göstərir. Belə məqamda hansı şəffaflıqdan, demokratiyadan danışmaq olar? Çoxları Paşinyanın hakimiyyətə necə yiyələndiyini unudur. O, küçənin təzyiqi, hədə-qorxusu ilə, zorla vəzifəyə gəlib, ölkədə siyasi çevriliş edib. Paşinyandan əvvəl hakimiyyətdə olanlar da erməni vətəndaşlarının qanı üzərində taxt qurublar. Vəzifələrini saxlamaq üçün nə qədər insan öldürüblər. Siyasi qüvvələr daim öz rəqiblərinə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Mənə elə gəlir ki, parlamentdən kənarda qalan siyasi qruplaşmalar Paşinyanı sərbəst buraxmayacaqlar".
Onun sözlərinə görə, Seçkilərdə Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmirlər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin də qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərir, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş olur: " AŞPA, ATƏT PA kimi qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin həmin qurumlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Görünən odur ki, eyni mexanizmlər hələ də qalır. Bu səbəbdən həmin beynəlxalq qurumlar Paşinyan komandasının hakimiyyəti küçə mübarizəsi metodları ilə qəsb etməsinə, legitim hakimiyyət qura bilməməsinə göz yumurlar. Bu isə qəbuledilməzdir".
Nurlan