Siyasət

Rusiya-Ukrayna gərginliyi siyasi müstəvidən dini qarşıdurmaya doğru - ŞƏRH

7 Yanvar 2019 13:11

Keçən ilin sonlarında yaşanan Kerç böhranı ilə onsuz da normal məcrada getməyən Ukrayna-Rusiya münasibətləri yenidən gərgin atmosferə qədəm qoydu. Kerç boğazında Ukraynaya məxsus gəmilərin Rusiyanın hərbi dəniz qüvvələri tərəfindən atəşə tutulması Moskva ilə Kiyevi yenidən müharibə vəziyyətinə gətirdi. Vəziyyət o qədər ciddi xarakter aldı ki, Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə hərbiyyəsində bir nömrəli hazırlıq vəziyyəti elan etdi. Kırım böhranından sonra yenidən gərgin fazaya qədəm qoyan Rusiya-Ukrayna münasibətlərini bir qədər normallaşdırmaq üçün beynəlxalq birlik hərəkətə keçsə də, lakin görünən odur ki, Moskva ilə Kiyev arasında buzlar hələ də ərimək bilmir. Əksinə hər keçən gün tərəflər arasında gərginlik bir qədər də artır.

"Azərbaycanın danışıqlar masası ətrafında əli xeyli güclüdür”

7 Yanvar 2019 12:45

“2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar gərgin olacaq. Çünki Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərlikdən də sərt millətçi mövqelərindən çıxış edir. Amma Azərbaycanın danışıqlar masası ətrafında əli xeyli güclüdür”. Bunu politoloq Qabil Hüseynli deyib.

"2019-cu il də bizim üçün uğurlarla zəngin olacaq"

7 Yanvar 2019 12:42

“Pensiyaların, əmək haqlarının artırılması üçün ötən il önəmli addımlar atılıb”. Bunu millət vəkili Azər Badamov deyib.

"Qarabağ probleminin həllinə Rusiyanın müsbət təsir göstərəcəyinə inanmıram" — Millət vəkili

4 Yanvar 2019 18:38

"Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlər yaxşı olmasına baxmayaraq, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı deyil". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.