Sahil qəsəbəsində hesabat yığıncağı keçirilib

Qaradağ rayonunun Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, yığncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək ötən ildə də qəsəbədə abadlıq və quruculuq işlərin görüldüyü bildirib. Qəsəbədə rayon İcra hakimiyyəti tərəfindən yeni yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilib, yeni abad məhəllə salınıb. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbə sakinlərini narahat edən problemlər də Sahil qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşdür. Daha sonra Sahil qəsəbə sakini R.Şahverdiyev çixiş edərək Qaradağ rayonunun Sahil qəsəbəsində həyata keçirilən quruculuq və abadlıq işləri qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılandığını bildirmişdir. Rayon rəhbəri tərəfindən qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Hesabat yığıncağında Sahil qəsəbə sakinləri nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31