Sərkisyan Əliyev-Paşinyan görüşünü şərh etmədi

Ermənistan Prezidenti Armen Sərkisyan Baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşə münasibət bildirməkdən imtina edib.

Sərkisyan jurnalistlər qarşısında çıxışı zamanı danışıb.

"Birincisi, bu görüşlərin detallarından xəbərdar deyiləm. Ümumiyyətlə, baş nazirin xarici siyasət sahəsində keçirdiyi görüşləri şərh etmək prezidentin işi deyil", - Sərkisyan bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31