Siyasət

"Qarabağ probleminin həllinə Rusiyanın müsbət təsir göstərəcəyinə inanmıram" — Millət vəkili

4 Yanvar 2019 18:38

"Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlər yaxşı olmasına baxmayaraq, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı deyil". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

"Bütün sahələr üzrə Azərbaycan iqtisadiyyatı inkişaf edib”

4 Yanvar 2019 17:35

“Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində söylədiyi bütün fikirlərdə həqiqət var. Bütün sahələr üzrə Azərbaycan iqtisadiyyatı inkişaf edib”. Bunu millət vəkili Elşən Musayev deyib.

"2019-cu ildə münaqişənin həllinə dair irəliləyiş gözləyə bilərik" - Deputat

4 Yanvar 2019 17:15

"Prezidentin Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər fundamental əsaslara söykənir”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Hadi Rəcəbli: "İnsanlar bir-birinin bəhsinə gedirlər"

4 Yanvar 2019 16:12

Suallarını Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli cavablandırır:

Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşürlər

4 Yanvar 2019 15:51

Respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılıb. “OLAYLAR” xəbər verir ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Bu münasibətlə respublikamızın şəhər və rayonlarında yolasalma tədbirləri keçirilir.

“Bu il beynəlxalq strukturlar bu problemləri həll etməyə çalışacaq”

4 Yanvar 2019 15:47

“Geosiyasi vəziyyət 2019-cu ildə gərgin olaraq qalacaq. Çünki münaqişə ocaqları çoxdur”. Bu fikri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

“İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır”

4 Yanvar 2019 14:49

“2018-ci il nailiyyətləri, əlamətdar hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti dayanır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ötən ilin uğurlarını şərh edərkən bildirib.

“2018-ci ildə də Azərbaycan inamla inkişaf etdi”

4 Yanvar 2019 14:45

“Güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biri oldu. Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

İrəvan 7 rayonu azad edir, sonra isə… - Rusiyadan baxış

4 Yanvar 2019 14:02

Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar. Bu sözləri Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır: