“Məhsul”da AŞPA bayrağını Azərbaycan bayrağından uca tutanlar
Azərbaycana qarşı növbəti məkirli plan işə düşüb. Qərb, Avropadakı antiAzərbaycan dairələr həm bəzi beynəlxalq təşkilatlar və siyasi institutlar, həm də daxildəki radikal siyasi düşərgəni altivləşdirməklə ölkəmizə qarşı siyasi təzyiqləri artrır, Azərbaycanı öz iradələrinə tabe etdirmək istəyirlər. Ancaq sevindirici hal ondan ibarətdir ki, həmin dairələrin məkirli planları, Azərbaycanda xaos, anarxiya yaratmaq istəkləri cəmiyyət, xalq kütlələri tərəfindən dəstək görmür. Əksinə xalq dövlətçilik, dövlətin, onun rəhbərinin yanında olmağı tərceh edir. Və cəmiyyətin, xalqın nümayiş etdirdiyi bu mövqe yüksək səviyyədə təqdir edilir.
28 Yanvar 2019 13:07 SiyasətAzərbaycana qarşı növbəti məkirli plan işə düşüb. Qərb, Avropadakı antiAzərbaycan dairələr həm bəzi beynəlxalq təşkilatlar və siyasi institutlar, həm də daxildəki radikal siyasi düşərgəni altivləşdirməklə ölkəmizə qarşı siyasi təzyiqləri artrır, Azərbaycanı öz iradələrinə tabe etdirmək istəyirlər. Ancaq sevindirici hal ondan ibarətdir ki, həmin dairələrin məkirli planları, Azərbaycanda xaos, anarxiya yaratmaq istəkləri cəmiyyət, xalq kütlələri tərəfindən dəstək görmür. Əksinə xalq dövlətçilik, dövlətin, onun rəhbərinin yanında olmağı tərceh edir. Və cəmiyyətin, xalqın nümayiş etdirdiyi bu mövqe yüksək səviyyədə təqdir edilir.
Demokratik Gənclər Hərəkatının rəhbəri, müüstəqil ekspert Murad Ağamiyev təəssüf hissi ilə qeyd edir ki, Azərbaycan tərkibində olduğu dünyanın bu gün istənilən qaydada nizamlanması prosesinə könüllü və ya könülsüz qoşulub:" Dünyada nizama istiqamət vermək, yeni-yeni tendensiyaların tətbiqi ilə məşğul olmaq iddiasında olan çoxsaylı gizli təşkilatlanmalar var. Belə güman edirəm ki, bir çoxumuz Den braunun `İnferno`, `İtirilmiş simvol` , `Mələklər və Şeytanlar` və s. kimi kitablarını mütaliə etmişik". Onun sözlərinə görə, biz istəsək belə tətbiq edilən fikirlərdən kənarda qala bilmərik:"Çünki biz internet, texnologiya əsrində yaşayırıq. Öz evimizdə oturduğumuz yerdə saniyələr içərisində okeanın o tayında yaşayanlarla belə ünsiyyət qurmaq üçün çox gözəl imkanlarımız var. İnternet və onun bizlərə bəxş etdiyi üstünlüklər mahiyyət etibarı ilə əvvəlcədən hesablanmış məqsədlərə xidmət edir. Bunu şüurlu şəkildə hər bir ağıl sahibi sözsüz ki, dərk edir. İndi gəlin yuxarıda qeyd etdiklərimi birlikdə Azərbaycanın daxilində və xaricdə onun ətrafında gedən siyasi proseslərin fonunda analiz edək. Əvvəlcə mən tam səmimi şəkildə və məsuliyyətlə deyə bilərəm ki, dünyada bizim gördüyümüz və ya bizə təqdim edilən şəkildə siyasi proseslər heç vaxt cərəyan etmir. Açığı heç bir dövlətin də dünyadan təcrid olunmuş formada öz daxili siyasətini apardığı fikri ilə razılaşa bilmirəm. Digər tərəfdən bunu da qəbul etmirəm ki, dünyada düşmən olan dövlətlərin vətəndaşları tərəfindən mövcud vəziyyət təsis edilib. Əvvəldə də Den Braunun əsərlərini ona görə xatırladım ki, bu yazıçı əsas mahiyyət etibarı ilə hazırda dünyada gedən proseslərə çox ciddi şəkildə toxunub. Belə hesab edirəm ki, bu kitabları oxumaq həqiqətən lazımlıdır . Onu da qeyd edim ki, mənim hazırda qeyd etdiyim fikirlərin kökündə bu kitabdan təsirləndiyim məsələlər deyil, real düşüncələrim dayanır. Sadəcə bu kitablar mənim real fikirlərimi özündə ehtiiva edir".
Murad Ağamiyev deyib ki, Azərbaycanda uzun illər İranda təhsil almış bir din xadimi (molla) insanlara məscidlərdə, mədrəsələrdə saflığı, paklığı, günahlardan uzaq olmağı tövsiyyə edir, Allahla rabitə mövzusunda təlim keçir. Bir müddətdən sonra həmin ruhani çevrilib olur siyasi aktivist: "Tutalım ki, bu ruhani hər hansı bir formada həbs edilir və beləliklə bunun barəsində siyasi məhbus olduğu haqqda informasiyalar nəinki ölkə daxilində, bütün dünyada yayılmağa başlayır. Bütün bunlar azmış kimi İranı və onun dini siyasi rejimini (teokratiya) hər zaman ittiham edən, bu rejimi nöqsanlı sayan və İranın İslami təlimlərinin təhlükəli olduğunu deyən Qərb ölkələri və onların dırnaqarası mükəmməl siyasi elitası başlayır bu ruhanini siyasi məhbus hesab etməyə və onun tərəfini saxlamağa. Ölkə daxilində isə radikallığı ilə seçilən, bir dəfə olsun belə milli məsələlərlə bağlı reaksiya verməyi özünə borc bilməyən, dövlətə və milli dövlətçilik məfkurəsinə heç bir zaman xidmət etməmiş antimilli qüvvələr və ya özlərinin dili ilə desək müxaifət palatası başlayır bu ruhanini müdafiə etməyə, onun azad buraxılması tələbi ilə çıxış etməyə. Bütün bu sadalananlar qalsın bir yana , bu antimilli müxalifət palatası tərəfindən çıxış edən qərbmeyilli sadə vətəndaşlar da kortəbii şəkildə başlayırlar belə bir kampaniyaya dəstək verməyə. İndi gəlin birlikdə analiz edək. İranda təhsil alan və ya almayan bir normal müsəlman din xadimi hər zaman müasir qərb meyilləri ilə mübarizə aparıb və cəmiyyəti də öz mübarizəsinin tərkib hissəsi etməyə cəhd edib. Qısaca bunu deyə bilərəm ki, təxminən 60-70 il bundan öncəyə qədər kişilərin kostyum geyinməsini məkruh, qalstuk bağlamasını isə haram bilirdilər. Burda məqsəd sırf bu idi ki, müsəlmanlar qeyri-müsəlmanlar kimi görünə, onlara bənzəyə bilməz. Bu şəriətlə caiz deyil. Sonralar isə zaman dəyişdikcə fətvalar yeniləndi, kostyum halal oldu, qalstuk isə hələ də məkruh (bəyənilməyən) olaraq qalır. İndi düşünün, geyim forması baxımından belə Qərbə bu qədər müxalif fikirləri olan bir ruhani necə oldu ki, həbs edildikdən sonra qərbmeyilli qrupun əlində provakasiya vasitəsi oldu ? Nə üçün bu gün `Məhsul` stadionuna toplaşan AŞPA bayrağı daşıyanların dilində bir müsəlman din xadimi şüara çevrildi ? Bəlkə bu tolerantlıq və ya multikulturalizm nümunəsidir biz bilmirik. Açığı burda belə hesab edirəm ki, cənab Prezidentin 2015-ci ildə etdiyi çıxışı xatırlamağın yeri var : "Bu gün AŞPA-da qərb dövlətlərini təmsil edən parlamentarilər özləri bilərəkdən məqsədli şəkildə Avropa dəyərlərini təhrif edirlər. Biz hər zaman Avropa ölkələri barəsində yüksək düşüncədə olmuşuq. Belə hesab etmişik ki, ədalət, demokratiya, multikulturalizm və s. bu ölkələrdə bərqərar olub. Özümüz inkişaf standartlarımızı hər zaman Avropa ilə müqayisə etmişik, lakin görünən budur ki, əslində heç də belə deyilmiş. Özləri dinc etirazçılara ən sərt şəkildə müdaxilə edirlər, ədaləti pozaraq digər ölkələrin daxili işlərinə qarışırlar, beynəlxalq kütləvi informasiya vasitələrini istədikləri kimi idarə edərək, saxta və heç bir əsası olmayan yalanlarla cəmiyyəti aldadırlar, ictimai rəy formalaşdırırlar. Tolerantlıqdan və multikulturalizmdən dəm vurduqları halda işğalçı rejimləri dəstəkləyir, qanunsuz olaraq işğal edilmiş torpaqlara səfərlər edirlər. Hətta biz bəzi hallarda şahid oluruq ki, işğalçı rejimin əsgərləri ilə görüşüb, onları ruhlandırmaq üçün `Siz burda xristianlığı müdafiə edirsiniz!`` kimi populist çıxışlar edirlər. Qərbin elə siyasətçiləri var ki, işğalçı rejim tərəfindən verilən mükafatları, medal və ya ordenləri qəbul edirlər.``
Cənab Prezident tam dəqiq və sərrast nişanlanmış şəkildə sözlərini hədəfin düz mərkəzinə ox kimi batırdı məncə. İndi də gəlin son olaraq Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələr və nəticədə qəbul edilən bəyanatla bağlı danışaq. Mən tam səmimi və məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan əleyhinə çıxış edən parlamentarilərin heç birinin canı bizə yanmırdı. Onlar hər biri ayrı-ayrılıqda `Opus Dei` kimi məxfi və dünyaya nizam verməyə çalışan qeyri-leqal təşkilatlanmaların üzvləridirlər. Bu çıxışlar da əvvəlcədən verilmiş göstəriş nəticəsində olub. Azərbaycanın daxilində isə bu çıxışları qabardıb, cəmiyyətin ictimai-siyasi həyatına təsiri varmış kimi təqdim edənlər də öz içimizdə olan məxfi təşkilatlanmaların yetirmələri və ya ardıcıllarıdırlar. Nəticə etibarı ilə deyə bilərəm ki, istər Şərqdə, istərsə də Qərbdə siyasiləşmiş hansısa dini, mədəni, elmi və s. təşkilatlanma, qruplaşma varsa onların kökü nəhayət bir yerdə birləşir. hansı ki, biz bunu ilkin baxışdan tam zidd görsək belə. Bir müsəlman ruhani timsalında biz açıq gördük ki, hər zaman əleyhinə çıxış etdiyi Qərbin və onun bayrağının altında siyasi maraqları üçün görsənmək problem olmadı. Əks halda heç olmasa o da ac olub-olmadığı barədə cəmiyyəti öz əl yazısı ilə yazılmış məktubla məlumatlandıran məhbus kimi bu formada ona dəstək verənlərə etiraz edə bilərdi. Görünən budur ki, baş verənlər zərrə qədər belə ruhanini maraqlandırmır, çünki o siyasi baxımdan məqsədinə nail olduğunu hesab edir. Ölkəmizdə üzərində çirkli oyunlar oynanılması barəsində xüsusi şəkildə məxfi olan məlumatlar əldə etmək lazım deyil. Bunun üçün bir az oyaq olmaq lazımdır. Təhlil aparmaq yolu ilə bütün gizli məqamları aşkara çıxarmaq mümkündür. Mən belə hesab edirəm ki, cəmiyyəti mövcud ab-havadan uzaqlaşdırmaq və ya məlumatlandırmaq üçün bu gün televiziyada olduğu kimi anoloqsuz inkişafdan danışmağa ehtiyac yoxdur. Onsuz da insanlar bütün inkişafı görürlər. 1990-1993-cü illərlə indiki vəziyyəti müqayisə etmək o qədər qəliz deyil. insanımızı səhnədə ona təqdim edilən aktyorun özü ilə yaxından tanış etmək lazımdır. səhnədə rol oynayan blogger, din xadimi, jurnalist və s. əslində kimdir, bunu cəmiyyətə çatdırmaq lazımdır. İnsanlara konkret tutarlı dəlillər göstərmək lazımdır. Cəmiyyətə qalstuku məkruh bilən bir etiqat sahibinin qalstuku icad edənlərin bayrağı altında nə işi olduğunu çatdırsaq məncə hər şey normallaşacaq. Axı bu camaat o qədər cahil deyil. Qocası SSRİ dövründə qəzet, jurnal oxuyub, materialist olsa da, təhsil alıb. Gənci isə bu gün internet üzərindən okeanın o tayında belə baş verənləri bir tuşla oxuyub, məlumatlana bilir. Deməli vətəndaş cəmiyyətini cahil toplusu görmək mümkün deyil. Bu fikirdə olanlar da gec-tez bu oyunda uduzacaq. Cəmiyyətin görən gözünü elə bircə qalstuk teması ilə açsanız məncə çox şey dəyişər. O cümlədən də vaxtı ilə nazir postunda oturanda müxalifət palatası tərəfindən söyülən, təhqir olunan birinin indi necə yenə də müxalifət tərəfindən qəhrəman kimi sırındığı da bariz görünür. Nə dəyişib axı? O, nazir çevrilib mələk olub, yoxsa vəzifə kreslosu kimlərinsə qısqanclığına səbəb olmuşdu deyə qıcıqlanırdılar???".
Süleyman