Təyyarənin qəzaya uğrama anının görüntüləri - VİDEO

Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən "Tu-22M3" tipli təyyarə sərt eniş edib. Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31