Siyasət

Hadı Rəcəbli: "Bəzən saytlarda haqq-nahaq müzakirələr açılır, müsbət işlər yaddan çıxır"

24 Yanvar 2019 12:43

"Milli Məclisin Əmək və sosial siyasət komitəsi payız sessiyasında 45 məsələni müzakirə edib, 21 qanun layihəsinin müzakirəsi Milli Məclisə tövsiyə edilib". “Olaylar”ın xəbərinə görə, bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. Müzakirə edilən layihələrin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən H. Rəcəbli ötən dövr ərzində komitəyə 648 sənəd daxil olduğunu açıqlayıb: "Bunların 579- u ərizə və şikayətlər olub ki, burada əsas məsələ ünvanlı sosial yardımla bağlı olub. Bu sahədə ölkə başçısının atdığı addımlar müsbət nəticəsini verir.

Qobustanda hesabat yığıncağı keçirilib

24 Yanvar 2019 12:39

Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. “Olaylar” xəbər verir ki, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsinin müavini Osman Quliyev hesabat verərək qeyd edib ki, 2018-ci il Qobustan qəsəbəsi üçün olduqca uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.

"Prezidentin Davos Forumunda iştirakı onu göstərir ki, Azərbaycanla əlaqələrə böyük diqqət yetirilir”

23 Yanvar 2019 17:41

"Davos İqtisadi Forumu çox geniş müstəvini əhatə edir. Baxmayaraq ki, tədbir iqtisadi məsələlərin müzakirəsinə həsr edilib, amma ümumi anlamda Forum iqtisadi, siyasi, ekoloji, bir sözlə dünyanı narahat edən istənilən məsələ üçün müzakirə meydanına çevrilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

23 Yanvar 2019 17:16

Yanvarın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, diplomatı yeni təyinatı ilə bağlı təbrik edən nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.