Qarabağdakı ordunu İrəvana yeridən general dindirildi

Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyan 1 mart 2008-ci il hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

Erməni mediası Akopyanın 1 mart hadisələri zamanı qondarma rejimin qüvvələrinin İrəvana cəlb edilməsində şübhəli bilindiyini yazıb.

Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti Qarabağdakı qoşunların 1 mart mitinqlərinin qarşısını almaq üçün İrəvana yeridilməsi haqqında məlumat yayıb. Belə ki, məhz bu qoşunların İrəvandakı mitinqlərin qarşısını aldığı və etirazçılara atəş açdığı vurğulanıb.

Akopyan 2007-2015-ci illər arasında "dqr"in "müdafiə naziri" olub.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31