Siyasət

“Tufan” xidməti-döyüş fəaliyyətinə başladı

24 Yanvar 2019 14:12

2019-cu il yanvarın 10-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvarın 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb. DSX-nin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Prezident Azərbaycanın əməkdaşlığa hazır olduğunu bir daha nümayiş etdirib"

24 Yanvar 2019 14:05

"Davos İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi və ən əsası da iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal platformadır. Bunun əsas səbəbi forumda dövlət başçılarının, müxtəlif ölkələri təmsil edən nüfuzlu şəxslərin, iş adamlarının, şirkət rəhbərlərinin, alimlərin interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ermənistan danışıqlar prosesinə məcburdur

24 Yanvar 2019 14:00

Regional və beynəlxalq şərtlər İrəvanın ziyanına işləyir

Azay Quliyevin hazırladığı layihələr qanunvericilik iş planına daxil edilib

24 Yanvar 2019 13:37

“Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələrinin hazırlanması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib. “Olaylar”ın məlumatına görə, hər iki qanun layihəsinin müəllifi isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir. Bundan əlavə, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.

Xırda məsələləri böyüdənlər

24 Yanvar 2019 13:36

Deputat: ”Qayadan qoparılan kiçik bir hissədir”

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

24 Yanvar 2019 13:29

AŞPA-da “İşəgötürmədə ayrıseçkilik”, “Əlilliyi olan inkluziv işçi qüvvəsi üçün” adlı qətnamə layihələri müzakirəyə çıxarılıb

Hadı Rəcəbli: “Azərbaycan intibah dövrünü yaşayır”

24 Yanvar 2019 13:28

“Prezident İlham Əliyevin Davos görüşləri bir daha onu göstərdi ki, Azərbaycanın dünyada özünəməxsus nüfuzu var”. “Olaylar”xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib. O, bildirib ki, Azərbaycan islahatlar aparan və sosial məsələlərlə ciddi məşğul olan ölkələrdəndir:

Azərbaycan öz parlaq mədəniyyəti ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib

24 Yanvar 2019 13:17

Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib. Sevindirici haldır ki, günümüzdə də bu proses davam edir və zəngin mədniyyət nümunələrimiz, tarixi şəxsiyyətlərimiz, elm və mədəniyyət xadimlərimiz beynəlxalq aləmdə, dünyada təbliğ edilir. Bu istiqamətdə həm dövlət, həm də Heydər Əliyev Fondu səviyyəsində görülən işlər xüsusi qeyd edilməlidir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də məhz mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir və onun beynəlxalq miqyasda təbliğinə hesablanıb.

Azərbaycana qarşı informasiya təcavüzü aparılır

24 Yanvar 2019 13:13

Rafael Hüseynov: “Bunun arxasında konkret qüvvələr, kəşfiyyatlar, maliyyə resursları dayanır”

Azərbaycan Davos İqtisadi Forum üçün vacib tərəfdaşdır

24 Yanvar 2019 13:08

Həm siyasi, həm də iqtisadi baxımdan forum Azərbaycan üçün çox əhəmiyyətlidir