Özbəkistanın rəsmiləri Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıya səfər edəcək

18-23 fevral 2019-cu il tarixlərində Özbəkistan Respublikasının Tikinti nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Ölkəmizin şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə gələcək nümayəndə heyətinin tərkibində Özbəkistanın Tikinti Nazirliyinin və bir sıra digər dövlət orqanları və şirkətlərinin rəsmiləri daxildir.

Şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirilən dövlət siyasəti, qanunvericilik, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində ölkəmizin təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək məqsədilə Özbəkistan nümayəndə heyətinin bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, habelə özəl sektor nümayəndələri ilə görüşləri planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31