Ermənistan təxribatla məşğuldur

Ermənistan hakimiyyəti yenə də imitasiya, eyni zamanda təxribatla məşğuldur. Düzdür, Düşənbə görüşündən sonra İrəvan sərhəd zonasında atəşkəsin pozulması hallarını azaltsa da, lakin işğalçı ölkənin digər istiqamətlərdə təxribatları davam edir. İndi Ermənistan tərəfi kütləvi informasiya vasitələri, eləcə də rəsmi Bakı ilə qonşuları arasında ziddiyyət yaratmaq kimi təxribatlarla məşğuldur. Paralel olaraq İrəvan danışıqlar prosesinə də mane olmaq kimi cəhdlərdə bulunur. Elə Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda baş tutan görüşün ardınca Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan dövlət başçısı ilə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışmadığını deməsi, bir neçə gün sonra Ermənistan parlamentində çıxışı zamanı "Biz sülh istəyirik, ancaq eyni zamanda müharibəyə hazır olmalıyıq" kimi açıqlamalar verməsi İrəvanın problemin həllində danışıqlar prosesindən yayınmağa çalışdığından xəbər verir. Son günlər isə Ermənistan mediasının birmənalı şəkildə baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın işğal altında olan ərazilərində hərbi xidmət keçməsini yenidən gündəmə gətirməsi və bunu gen-bol təbliğ etməsi də Ermənistanın növbəti təxribatçıə addımlarından biridir.  Məqsəd Azərbaycanı təxribata çəkmək və yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin baş tutacaq görüşünə mane olmaqdır. Çünki XİN rəhbərlərinin görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi barədə xəbərlər yayılır.

Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Nikol Paşinyan və rəsmi İrəvan təxribatla məşğuldur. Onun sözlərinə görə, Paşinyan  öz oğlunu Qarabağa hərbi xidmətə göndərib və bunu az qala bütün dünyaya nümayiş etdirərək bu addımı ilə qürur duyduğunu vurğulayıb: "Ermənistanın ondan öncəki rəhbərləri də, elə özü də danışıqlarında və hərəkətlərində dəfələrlə etiraf ediblər ki, Ermənistan Rusiyanın birbaşa dəstəyi ilə Qarabağı işğal edib. Hazırda da Rusiyanın vasitəsi ilə bu işğalı davam etdirirlər. İndi bu avanturist Nikol Paşinyan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul etmək istəmir. Guya Dağlıq Qarabağ əsgərləri o torpaqları "azad" edib. Guya  Azərbaycan hakimiyyətidə Dağlı Qarabağ "hakimiyyəti" ilə danışıqlar aparmalıdır". Ekspertin sözlərinə görə, Nikol Paşinyan bu həyasız davranışı ilə əsasən o məqsədi güdür ki, Ermənistanla Azərbaycanın arasında aparılan "sülh" danışıqlarını yenə uzatsın və hansısa bir qanunsuz əsalarla, ermənipərəst qüvvələrin, eləcə də böyük dövlətlərin dəstəyi ilə Qarabağı Azərbaycandan "qoparda" bilsinlər: "Azərbaycanın bu problemin həllində dişsiz iştirakı Paşinyanın avanturist mövqeyində daha da irəli getməsinə şərait yaradır.  Təəssüflər olsun ki, hələ də Ermənistanın Qarabağı işğal etməsi ilə bağlı mötəbər faktlar, danılmaz məqamlar sistemli, ardıcıl şəkildə ortaya qoyulmayıb.  Ermənistan faşizm idealogiyasının "böyük ermənistan" idealogiyasını həyata keçirərək Qarabağı işğal etməsini faktlarla.sənədlərlə sistemli dünyaya çatdırmayıb. Ermənistanla məzmunsuz sülh danışıqları 10 illərlə aparılıb. Heç bir gərək olmadan. Əksinə maraqlarımıza tamamilə zidd olan "Bişkek" atəşkəsinə getmişik və 25 ildir bu atəşkəsin əziyyətini xalqımız çəkir. Vətəni azad edə bilmirik, bir qarış torpaq almadan yüzlərlə, minlərlə şəhidlər veririk. Azərbaycanın işğal altında olan 20 faiz ərazisi talan edilərək xarabalığa çevrilib". Ekspert deyib ki, Nikol Paşinyanla mənasız danışıqlara getmək lazım deyil: "Bununla da erməni dəyirmanına su tökürük və sülh danışıqları uzandıqca ermənilər Qarabağda doğub artır, dünya ermənilərini buralara köçürüb orada məskunlaşdırır, bizim Qarabağda doğulmuş insanlarımızın isə tədricən azalması baş verir. Odur ki,  mənasız danışıqlardan imtina etmək lazımdır.  Ermənistanın sülh yolu ilə ədalətli addım atmayacağını əsaslandırıb. bunu bəyan edib,sülh danışıqlarından imtina edib, ədalətli müharibəyə başlamaq günün məsələsi, zamanın tələbidir. Müharibə yolu ilə erməni faşizminidarmadağın edib, sonra Tarixi Azərbaycan torpaqlarımızın hamısını geri almalıyıq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31