Azərbaycan ordusu işğalçılara öz gücünü göstərəcək

"Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. O,

bildirib ki, Nikol Paşinyan əvvəlki hakimiyyətin vəziyyətindən nəticə çıxarmalıdır. Onun sözlərinə görə, Paşinyan erməni xalqını düşdüyü ağır durumdan çıxarmaq üçün düzgün yol seçməlidir. Amma görünür ki, Paşinyan hələ də nəticə çıxara bilməyib. "Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirməsi sülhə ciddi maneədir. Əgər Ermənistan işğalçılıq siyasətini davam edərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir. Ermənistan hələ də problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır. Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır. Əgər bu baş verməsə, Azərbaycan ordusu işğalçılara öz gücünü göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31