Prezidentin sosialyönümlü siyasəti davam edir
15 Fevral 2019 15:08 SiyasətTələbələrin təqaüdlərinin artırılması həm də gənclərdə elm və təhsilə marağı artırır
Azərbaycanda həyata keçirilən bütün tədbirlər, atılan addımlar, qəbul edilən qərarlar birmənalı olaraq xalqa, vətəndaşa xidmət edir. Ötən 15 il ərzində, Cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə bunun əyani şahidinə çevrilmişik. 2003-cü ildə andiçmıə mərasimi zamanı Cənab İlham Əliyevin söylədiyi "Mən hər bir azərbaycanlının prezidenti olacağam" sözləri bu illər ərzində reallıqda, həyatda öz əksini tapıb. Prezident olduğu illərdə xalqla yaxından təmasda olan, vətəndaşlarla heç bir ünsiyyətdən qaçmayan, onların problemlərini dinləyən dövlət başçısı məhz cəmiyyətlə təmaslarının nəticəsi olaraq hər bir kəsin ürəyindən xəbər verən qəırarlar qəbul edib, fərman və sərəncamlar imzalayıb.
Prezident İlham Əliyev üçün xalqın sosial vəziyyətinin yaxşılaşdırılması, onun xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet olub. Ötən 15 il ərzində ölkədə minimum əmək haqqı və pensiyaların dəfələrlə artırılması, ünvanlı sosial yardım mexanizminin tətbiq edilməsi, prezident təqaüdlərinin müəyyən olunması, xüsusilə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, əlilliyi olan şəxslərin sosial rifah halının gücləndirilməsi məqsədilə imzalanan sərəncamlar Prezident İlham Əliyevin əhalinin sosial rifah halının yüksəldilməsinə verdiyi ən mühüm töhfələr olub. Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısının bu istiqamətdə atdığı addımılar davamlı xarakter daşıyır və il ərzində demək olar ki, bir neçə dəfə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifah halının uaxşılaşdırılması məqsədilə müvafiq fəramn və sərəncamlar imzalanır. Bir neçə gün əvvəl ölkədə minimum əmək haqqının artırılaraq 180 manat dəyərində edilməsi, əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin artırılması da bütün bunların əyani sübutu idi.
Yuxarıda qeyd etdiyimiz kimi əhalinin aztəminatlı təbəqəsinin sosial rifah halının gücləndirilməsi də hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Bu sırada gənclər, tələbələr də xüsusi qeyd edilməlidir. Gənclərə hər zaman xüsusi diqqətlə yanaşan Prezident İlham Əliyev bir qayda olaraq onlara daha bacarıqlı, savadlı, elmli olmağı tövsiyə edir. Elə bu ayın əvvəllərində 2 Fevral-Gənclər Günü ilə bağlı keçirilən toplantıda da dövlət başçısı bir daha bu istiqamətə diqqət çəkərək gənclərimizin bilikli, bacarıqlı olmasını arzuladı, bu məqsədlə gənclərə öz tövsiyələrini verdi. Bu tövsiyələr həm də ondan xəbər verir ki, Prezident hər zaman bilikli, bacarıqlı, müasir elmlərə yiyələnən gənclərin yanındadır və bundan sonra da belə olacaq. Elə ötən gün dövlət başçısının imzaladığı fərmanlar da bunu bir daha təsdiqlədi. Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzaladı. Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib. Xatırladaq ki, fərmandan əvvəl Prezident təqaüdü 185 manat müəyyən edilmişdi. Bundan başqa Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" da sərəncam imzaladı.
Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər müəyyən edilib
Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, dövlət başçısının imzaladığı sözügedən sənədlər bir tərəfdən gənclərə diqqət və qayğının göstəricisidirsə, digər tərəfdən elmə, təhsilə verilən önəmin tərənnümüdür. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar eyni zamanda gənclərdə təhsilə, elmə marağı artırır, onlara stimul vermiş olur.
Süleyman