Mədəniyyət
Opera və Balet Teatrında premyera - "Dahi hekayəçi"
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş "Dahi hekayəçi" baletinin ilk tamaşası keçiriləcək. Olaylar.az bildirir ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijonal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.
Tanrı quşu gəlmədi - Cavid Zeynallı
Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib
Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib. Bunu xalq artisinin qızı Cəlalə Əzizbəyli deyib.
“Ümid Beynəlxalq İncəsənət” yarışı
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması təşkil ediləcək.
Azyaşlı tamaşaçılar Milli Dram Teatrında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirib. Olaylar.az bildirir ki, ötən ilin bayram tamaşaları gündə dörd seans olmaqla təqdim olunub.
İnsanları səsinin sehrinə salan müğənni
Hərə sənətə bir cür yolla gəlir, lakin hər kəs özünəməxsus yerişlə addımlayır həyatda. Kimi bu sənətin enişli-yoxuşlu məqamlarından usanır, sıradan çıxır, kimi də kamillik, məşhurluq zirvəsinədək yüksəlir. Elə adamlar var ki, onlarla həmsöhbət olduqda ancaq pozitiv enerji alırsan. Respublikanın xalq artisti, “Şöhrət” ordenli Səkinə İsmayılova da hər zaman öz pozitivliyi ilə fərqlənir. Qətiyyətlə söyləyə bilərik ki, onu insanlara sevdirən üstünlüklərdən biri, belə olması və görüşməsidir. Bu məqalədə məqsədimiz Səkinə xanımı daha səmimi tanıtmaq, həyat və düşüncələrinin, iç dünyasının bəzi məqamlarını olduğu kimi çatdırmaqdır. Onu oxuculara geniş təqdim etməyə lüzum yoxdur. Xalq artisti Səkinə İsmayılovanı nəinki respublikamızda, vətənimizin hüdudlarından kənarda da yaxşı tanıyırlar. Beləliklə, Səkinə İsmayılovaya ilk sualımız.
Sarayda Zaur Rzayevin yaradıcılıq gecəsi
“YUĞ” 2019-cu ilin ilk tamaşasını təqdim edəcək
Yanvarın 6-da saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa namyiş olunacaq.
Teatrda ilk dəfə şagirdlərdən ibarət alternativ bədii şura yaradıldı
Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün ən yadda qalan hadisə Respublika prezidentinin müvafiq sərəncamı ilə baş tutan 50 illik yubiley tədbiri oldu. İlham Əliyevin sərəncamı ilə 3 nəfər “Əməkdar artist” fəxri adı, 7 nəfər “Tərəqqi medalı” ilə təltif olundu. Teatrın 10 nəfər əməkdaşı isə şəhər rəhbərliyinin fəxri fərmanları ilə mükafatlandırıldı.
"Şeri, sənəti gözdən salan Moşular bu gün də var" - Müsahibə
Aləmzər Sadıqqızı: "Filmlərdə gördüyüm, kitablarda oxuduğum həyatı yaşamaq istəmişəm" Olaylar.az şairə Aləmzər Sadıqqızı ilə müsahibəni təqdim edir.
Konseptual sərgi - “Maestro end Artists”
Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılacaq.
Azərbaycanın Əməkdar Artisti Mariya Teatrında çıxış edəcək
Yanvarın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Zoluşka” baleti nümayiş olunacaq.
Azərbaycan filmi “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb
“Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.
Deputat: “O, əsl türk oğlu türk, Azərbaycan şairdir”
Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir. O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: “İlahi, sən özün türk balasını qoru”.
Mədəniyyət Nazirliyinin sistemində yeni təyinat
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 487 nömrəli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılib.







.jpg)
.jpg)





