Mədəniyyət

Dörd yeni tamaşa hazırlanacaq

3 Yanvar 2019 14:27

Abdulla Şaiq adına Dövlət Kukla Teatrı ötən il dörd yeni tamaşanı təhvil verib. Olaylar.az-a açıqlama verən teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, teatrların yaradıcılıq həyatı bu il də qaynar olub: “Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur”, Ceyms Barrinin dünyaca məşhur “Piter Pen”i, “Şəngülüm, Məngülüm” kimi tamaşaları xüsusi vurğulamaq istərdim.

Şərif Ağayarın bizə doğma  adamları... - İradə Musayeva yazır

1 Yanvar 2019 22:58

(Ş.Ağayarın “Cəfər əmimin yolları” hekayəsi haqqında) Çağdaş Azərbaycan nəsrində bizə doğma dərdlər, bizə doğma adamlar azdır. Hətta azdan da azdır... Dərd çoxdur, adam da həmçinin. Amma içində biz yoxuq... Şərif Ağayarın romanları haqqında yazdığım məqalələrdə də  bu fikri demişəm: Şərif başqa yazarlardan daha çox ona görə fərqlənir ki, yeni dövrün yeni insanını ədəbiyyata gətirib. O insan kimdir? Qarabağ müharibəsinin qaçqınıdır. Və Qarabağla bağlı başqa əsərlərdəki kimi yazıqlığn, erməniyə nifrət gücünü artırmağın göstəricisitək verilmiş status daşıyıcısı deyil təkcə. Yeni insan tipidir. Yeni sosial, ictimsi-siyasi, psixoloji doğuşun simvoludur. Müharibə qəhrəmanı yox, müharibə qurbanıdır, didərgindir. Nəyi vardısa o tayda qalıb. Üst-başını axtarsan insanlıqdan başqa bəlkə bir şey tapmazsan. Həmin İnsan isə bu “insanlıq” adlı sonuncu zinətini bərkbərk sinəsinə sıxıb qoruyur. Və Şərif adətən itkilərin zəlil etdiyi, öldükcə ölən, itirdikcə itirən birinin çadırlarda, vaqonlarda, pəyələrdə, daxmalarda get-gedə əlindən alınan həmin “İnsanlıq” adlı itkinin rəsamıdır... “Cəfər əmimin yolları” hekayəsini həyəcanla oxudum. Hər abzasda kimsə, nəsə əriyir, sanki sürüşüb düşürdü boşluğa... Qeyri-ixtiyari əldən gedənlər, itib-batan, yoxa çıxan nə vardısa məni təsirləndirirdi. Cəfər əmi, Ziyad dədə, Mədinə bibi, Alpənah dayı, Fəridə... Bunların hamısını iki adam kimi görməyə başlamışdım. Çünki müəllif hər kəsi ikili planda canlandırırdı.

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin 10 illiyini qeyd etdi

28 Dekabr 2018 16:27

Beynəlxalq Muğam Mərkəzində fəaliyyətinin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov , "Mədəniyyə kanalının direktoru Ramil Qasımov və incəsənət nümayəndələri iştirak ediblər.

Mikayıl Müşfiqin abidəsi ucaldılıb

28 Dekabr 2018 13:18

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil nazirinin müavini, idarənin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, idarənin struktur bölmə rəhbərləri, Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri, şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

İyirmi beynəlxalq festivalda uğur əldə film - “Şollerin arxivi”

28 Dekabr 2018 13:08

“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub, 6 ayda iyirmi beynəlxalq festivalda uğur əldə edərək Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi müəyyənləşdirilib.

Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

28 Dekabr 2018 12:53

Düz 82 il öncə, 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində Zeynəb adlı bir qız doğuldu. Heç kim düşünməzdi ki, Dağlı məhəlləsində böyüyən, hər gün evin damına çıxıb mahnılar söyləyən bu qız böyüyüb Azərbaycanın səsini dünyanın hər yerinə çatdıracaq, Azərbaycan mədəniyyətində yeni iz buraxacaq, öz sənəti ilə yeni bir axının əsasını qoyacaq.

“Naməlum dahi” adlı filmin çəkilişlərinə başlanıldı

27 Dekabr 2018 16:40

Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri filmlərin çəkilişlərini C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının bazasında davam etdirirlər.