Nazilə: ""Maşın" şounu hələ də mən idarə edirəm"
27 Dekabr 2018 13:49 MədəniyyətŞairə Nazilə Səfərli "Maşın" şounun ötən gün baş tutan buraxılışı ilə bağlı maraqlı paylaşım edib. Şairə Xose Bernardonun oyundan getməsini özünün planlaşdırdığını bildirib: "Səmra üçün səs göndərin. Bütün izləyicilərimə təşəkkür edirəm. Qazancınız çox gəlsin, kisəniz bərəkətli olsun. "Maşın"da deyim bilin ki, oyunu hələ də mən oynayıram. Orada ürəkli oyunçu yalnız zəhləm getməyən Sərxandır.
Bir azdan çox maraqlı hadisə olacaq. Bir nəfərin torbasını tikirəm. Məni sevənlərdən xahiş edirəm, 1 səs 60 qəpikdir. Səmranın qalsınına səs göndərin. O, bizim "maşın"ın "kuklası, cicişidir". Oyunda qalsın".
Qeyd edək ki, Nazilə Səfərlini şoudan aktrisa Xəyalə Quliyeva uzaqlaşdırmışdı. Bunu isə Xosenin planlaşdırdığı bildirilmişdi.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31