Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin 10 illiyini qeyd etdi

Beynəlxalq Muğam Mərkəzində fəaliyyətinin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov , "Mədəniyyə kanalının direktoru Ramil Qasımov və incəsənət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə büstləri Mərkəzin foyesində yerləşən görkəmli muğam ustadlarının həyat və yaradıcılığı haqqında məlumat daşıyan müasir interaktiv lövhələrlə, yeni açılan qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olublar. Mərkəzin foyesində "Əsrlərin sədası" ansamblı çıxış edib.  

Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məhz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. "Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin bu qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür", - deyə nazir qeyd edib. 

Beynəlxalq Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə  gecələri, yubileyləri və yaradıcılıq axşamları da təşkil edilir. 

Tədbir muğam konserti ilə davam edib. Konsert proqramında Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Arzu Əliyeva və Nisbət Sədrayeva çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31