Dörd yeni tamaşa hazırlanacaq
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı ötən il dörd yeni tamaşanı təhvil verib. Olaylar.az-a açıqlama verən teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, teatrların yaradıcılıq həyatı bu il də qaynar olub: “Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur”, Ceyms Barrinin dünyaca məşhur “Piter Pen”i, “Şəngülüm, Məngülüm” kimi tamaşaları xüsusi vurğulamaq istərdim.
3 Yanvar 2019 14:27 MədəniyyətAbdulla Şaiq adına Dövlət Kukla Teatrı ötən il dörd yeni tamaşanı təhvil verib.
Olaylar.az-a açıqlama verən teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, teatrların yaradıcılıq həyatı bu il də qaynar olub: "Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış "Əlibaba və qırx quldur", Ceyms Barrinin dünyaca məşhur "Piter Pen"i, "Şəngülüm, Məngülüm" kimi tamaşaları xüsusi vurğulamaq istərdim. Ötən il festivallarda uğurlu iştirakla da əlamətdar oldu. Teatr təmsilçilərimiz oktyabrın 5-14-də Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak edib. Aprelin 22-30-də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən birinci "Cigi-Cigi" Beynəlxalq Perfomans və Sənət Festivalında da təmsil olunduq. Sentyabrın 22-24-də isə Rusiyanın Həştərxan Vilayətində keçirilən "Xəzərin sahili" adlı VI Beynəlxalq Teatr Festivalında da milli kukla sənətimizi təmsil etdik".
Həmidə Rüstəmova qeyd edib ki, sənət ocağının yaradıcı kollektivi növbəti ilə də xüsusi hazırlaşır: "Növbəti ilə maraqlı tamaşalar hazırlayırıq. Bu tamaşaların indidən məşqləri gedir. 2019-cu ildə hazırlanacaq tamaşaların planları tərtib olunub. Yeni təqvim ilində dörd yeni tamaşa hazırlanacaq. İlk premyera yanvarın sonuna nəzərdə tutulur".