“Naməlum dahi” adlı filmin çəkilişlərinə başlanıldı

Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri filmlərin çəkilişlərini C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının bazasında davam etdirirlər.

Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri filmlərin çəkilişlərini C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının bazasında davam etdirirlər.

Olaylar.az bildirir ki, artıq bu həftənin əvvəlində daha bir filmin çəkilişinə başlanılıb.

"Bravo" prodüser mərkəzinin müsabiqəyə təqdim etdiyi "Naməlum dahi" adlı fantastika janrında düşünülmüş kinoda hadisələr bizim zamanda və 450 ildən sonra baş verir.

Filmin rejissoru Kamran Adıgözəl, ssenari müəllifi Mübariz Nağiyev, operator Fahir İmanquliyevdir. Baş rolları Elşən Rüstəmov, Eyvaz İbrahimov və Sərdar Rüstəm ifa edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31