“Ümid Beynəlxalq İncəsənət” yarışı

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması təşkil ediləcək.

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ümid Beynəlxalq İncəsənət" yarışması təşkil ediləcək.

Olaylar.az xəbər verir ki, yarışma Mədəniyyət Nazirliyi və "Jam Group"un dəstəyi ilə reallaşacaq. Yarışma 6, 10, 16 və 16 yaşdan yuxarı olmaqla dörd yaş kateqoriyası üzrə keçirilir.

Yarışları təşkil etməkdə məqsəd istedadlı gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini daha da inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31