Teatrda ilk dəfə şagirdlərdən ibarət alternativ bədii şura yaradıldı

Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün ən yadda qalan hadisə Respublika prezidentinin müvafiq sərəncamı ilə baş tutan 50 illik yubiley tədbiri oldu. İlham Əliyevin sərəncamı ilə 3 nəfər “Əməkdar artist” fəxri adı, 7 nəfər “Tərəqqi medalı” ilə təltif olundu. Teatrın 10 nəfər əməkdaşı isə şəhər rəhbərliyinin fəxri fərmanları ilə mükafatlandırıldı.

Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün ən yadda qalan hadisə Respublika prezidentinin müvafiq sərəncamı ilə baş tutan 50 illik yubiley tədbiri oldu. İlham Əliyevin sərəncamı ilə 3 nəfər "Əməkdar artist" fəxri adı, 7 nəfər "Tərəqqi medalı" ilə təltif olundu. Teatrın 10 nəfər əməkdaşı isə şəhər rəhbərliyinin fəxri fərmanları ilə mükafatlandırıldı.

Olaylar.az xəbər verir ki, 2018-ci il  aprelin 24-dən 30-adək teatr kollektivi 4-cü "Türk Dünyası Tiyatro günləri" festivalında  Turqut Özakmanın  "Ocaq" tamaşası ilə uğurlu çıxış edərək mükafat qazandı. Ötən il Sumqayıt  Dövlət Dram Teatrının  Azərbaycan teatrının tərkib hissəsi olaraq yenidən dünya  teatr arenasına inteqrasiya olunması məqsədilə Gürcüstan və Rusiya teatrları ilə qarşılıqlı qastrol səfərlərinə dair memorendumlar imzalanmışdır.

İlk dəfə olaraq şagirdlərdən ibarət alternativ bədii şura yaradıldı.

Ötən il təhvil verilən tamaşalardan Rus xalq nağılı əsasında"Kim güclü, kim ağıllı?", Qrimm qardaşları "İtkin qız", Nizami Muradoğlu "Zülmətdə nur", Xalq yazıçısı Vaqif Səmədoğlu "Mamoy kişinin yuxuları", Eduard Uspenskinin"Çeburaşkanın yeni il sərgüzəştləri" Sumqayıt məktəbliləri və valideynlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Fəaliyyətini davam etdirən kollektiv artıq bu il üçün bir neçə yeni tamaşa və layihələr üzərində çalışmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31