Mədəniyyət

“Musiqi insan orqanizminə dopinq kimi təsir edir”- Psixoloq

10 Yanvar 2019 13:13

Almaz Əsgərova : “Sovet dönəmində insanları yönətmək üçün pop musiqi janrından istifadə olunurdu” Musiqi insan psixologiyasına heç bir incəsənət növünün bacarmadığı qədər təsir göstərmək gücünə malikdir. Bundan əlavə musiqinin fizioloji faydaları da var. London Universitetinin araşdırmalarından birində, tədqiqatçılar əməliyyata gedən xəstələrə musiqinin onların stress səviyyələrinə necə təsir etdiyini yoxladılar. Məlum oldu ki, əməliyyatdan öncə, əməliyyat əsnasında və sonrasında musiqi dinlənilməsi insanların ağrısını, narahatlığını və sakitləşdiricilərə qarşı olan ehtiyaclarını azaldır. Musiqi terapiyadır. Milli musiqimiz muğamla və klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur.

İlham Namiq Kamalın 70 yaşı

9 Yanvar 2019 16:16

“Bir, iki – bizimki!” yenidən səhnədə

9 Yanvar 2019 14:03

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.

Gənc yazarlar “Mirzə Şəfi Məclisi”ndə toplandı

9 Yanvar 2019 13:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi” bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.

Teatr Beynəlxalq festivala dəvət alıb

9 Yanvar 2019 13:28

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən Fəcr Beynəlxalq Teatr Festivalına dəvət alıb. Olaylar.az bildirir ki, festival çərçivəsində “Bir səbət tənhalıq” tamaşası Ərdəbil şəhərində yanvarın 8-9-da teatrsevərlərə və festivalın jürisinə təqdim olunacaq.

“Seda mənə zəng vurdu...” - Mina “O səs”dən niyə getdi?

8 Yanvar 2019 14:57

Müğənni Mina Hüseyn “O Səs Türkiyə”dən kənarlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Mina qeyd edib ki, yarışmadan “Maşın” realiti şousuna görə uzaqlaşdırılmayıb. O, səs-küylü yarışmadan öz istəyi ilə ayrılıb:

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Tarixi və dövlətçiliyi muzeyi” üçün yeni eksponatlar əldə edilib

8 Yanvar 2019 14:38

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Tarixi və dövlətçiliyi muzeyi”nin fonduna Cümhuriyyət dövründə kəsilmiş və Xalq Cümhuriyyətinə aid pul əskinazları daxil edilmişdir.

“Bolero” baleti təqdim olunacaq

8 Yanvar 2019 13:05

Yanvarın 9-da Opera və Balet Teatrında “Bolero” baleti təqdim olunacaq. Səhnə əsərinin dirijoru, Xalq artisti Yalçın Adıgözəlovdur.

“Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər

8 Yanvar 2019 12:45

Yanvar ayı ərzində “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq.