“Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər
Yanvar ayı ərzində “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq.
8 Yanvar 2019 12:45 MədəniyyətYanvar ayı ərzində "Gənclərə dəstək" layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq.
Olaylar.az bildirir ki, hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Filarmoniyanın nəzdində olan kamera və orqan musiqi zalında keçiriləcək.
Yanvarın 23-də təqdim ediləcək birinci konsert "Qış kaleydoskopu" adı altında təşkil olunacaq.
Yanvarın 25-də təqdim olunacaq ikinci konserti Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən çox konsert proqramı təqdim olunub.