Gənc yazarlar “Mirzə Şəfi Məclisi”ndə toplandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi” bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.
9 Yanvar 2019 13:59 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların "Mirzə Şəfi Məclisi" bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.
Olaylar.az bildirir ki, Xalça Muzeyinin "Uşaq muzeyi" şöbəsinin müdiri Azər Abdullayev gənc yazarlara muzey barədə məlumat verərək onlara yaradıcılıq uğurları arzulayıb.
"Mirzə Şəfi Məclisi"nin sədri Gülzar İbrahimova bildirib ki, məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.
Məclisdə gənc yazarlar yeni əsərlərini oxuyublar.