Mədəniyyət

“Aşıq Qərib” baleti təqdim ediləcək

11 Yanvar 2019 12:53

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” baleti təqdim ediləcək. Olaylar.az bildirir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.

Filarmoniyada 20 Yanvar faciəsi qurbanları anılacaq

11 Yanvar 2019 12:48

Yanvarın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konserti

11 Yanvar 2019 12:48

Fevralın 23-də Heydər Əliyev Sarayında məşhur rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı təşkil ediləcək. Olaylar.az bildirir ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.

“Balaca şahzadə” tamaşası nümayiş olunacaq

11 Yanvar 2019 12:39

Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə” tamaşasının məşqləri davam edir. Görkəmli fransız yazıçısı Antuan dö Sent Ekzüperinin eyniadlı əsəri əsasında hazırlanan tamaşa yaxın zamanlarda teatrsevərlərin ixtiyarına veriləcək.

“Quş dili” yenidən səhnədə

11 Yanvar 2019 12:17

Yanvarın 12-də “YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili”ni təqdim edəcək.

Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib

11 Yanvar 2019 12:11

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında daha bir uğura imza atıb. “OLAYLAR” xəbər verir ki, qardaş ölkə Türkiyədə yazıçının daha bir romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Belə ki, Yunus Oğuzun “Ovçu” romanı Turkiyədə türk dilində çapdan çıxıb. Kitab Türkiyədəki Cahan yayıçı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.

Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun "Atəşkəs və sürgün xatirələri" kitabı çap olunub

10 Yanvar 2019 18:17

“Kitab Klubu” nəşriyyatı tərəfindən Görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun "Atəşkəs və sürgün xatirələri" əsəri 200 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” kitabı işıq üzü görüb

10 Yanvar 2019 18:13

“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı 264 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

"Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək

10 Yanvar 2019 14:46

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılacaq

10 Yanvar 2019 13:50

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış Memoranduma əsasən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılır.

Musiqili Teatr məşqlərə davam edir

10 Yanvar 2019 13:43

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edəcək

10 Yanvar 2019 13:28

Fevralın 7-də Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən ikihissəli tamaşa təqdim olunacaq.