Xalq artisti ilə görüş keçiriləcək
10 Yanvar 2019 13:23 MədəniyyətYanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçiriləcək. Görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Görüşdə görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açılacaq və onun əsərlərindən nümunələr səsləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31