“YUĞ” 2019-cu ilin ilk tamaşasını təqdim edəcək

Yanvarın 6-da saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa namyiş olunacaq.

Yanvarın 6-da saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın "Cəngəllikdə" novellası əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası" adlı tamaşa namyiş olunacaq.

Olaylar.az bildirir ki,tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehtiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov  çıxış edirlər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31