Azərbaycan filmi “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb
“Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.
4 Yanvar 2019 13:51 Mədəniyyət"Üçüncü günün adamı" bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci "Sofia Menar" beynəlxalq film festivalına dəvət alıb.
Olaylar.az bildirir ki, film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.
Kinostudiya tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən ekran əsərinin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31